"Qarabağ" İspaniyaya bu qədər azarkeş aparacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” FK matçı üçün biletlər satışa çıxarılıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 110 manat təşkil edəcək.
Azarkeşlər üçün "Estadio de San Mamés"də yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb. Matça vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-si Bakı vaxtı ilə 20:45-də start götürəcək.