Rusiya klubu "Şoçi" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer edib.
Axar.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sözləşmə 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub. Şeydayev yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ramil Şeydayev son olaraq Azərbaycanda "Qarabağ"ın formasını geyinib.