“Qarabağ”ın rəqibində gözlənilməz ayrılıq

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin “Liverpul" klubu yanvarda futbolçusu Məhəmməd Salahı satmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “indykaila News" məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı misirli hücumçunun xidmətində İspaniyanın “Real Madrid”lə Barselona”, Almaniyanın “Bavariya”, eləcə də bir sıra Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

Salah komandadakı durumundan narazıdır və klubu tərk etməyə müsbət yanaşır. Onun bazar dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. O, cari mövsüm ərzində iştirak etdiyi 19 oyunda 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“Liverpul”la “Qarabağ” yanvarın 28-də qarşılaşacaq.