Qurban Qurbanov: O qalmaqal olmamalı idi

“Sabah”ın məşqçisinə qarşı təəssüf hissi o oldu ki, qalmaqal heç olmamalıydı. Bəzən belə qalmaqallar futbolçularda daha çox məsuliyyət yaradır. Mən ümumiyyətlə belə hallarda vərəqə verilməsinin əleyhinəyəm. Qırmızı vərəqə olmamalıdır. Bu, içəridən gələn, yəni kin deyil. Bu, sırf futbolla bağlı haldır. Bəzən öz aramızda futbol oynayırıq. Orada söyüş belə olur. Futbolda belə hallar baş verir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün bu qədər qol vuracağımızı düşünməmişdim. “Araz-Naxçıvan” həmişə baxımlı oyun oynayır.

Balaca qızım da oyunda idi. Dəstəyini hiss edirdim. Əsas qardaşıdır, o da dəstəyini hiss edirdi.

Komanda artımının hər zaman tərəfdaşı olmuşam. Ümumən böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Ən azında builki mənfilərə görə, gələn il böyük nöqsanları düzəldə bilərsən. Artım belə olur. Komanda belə formalaşır. Qüsurlar var, lakin bunlar gözləniləndir. Bölgələrdə komandaların sayının çoxaldımasının tərəfdarıyam, bu futbola sevgini artırır”.