Qurbanov: Dinamik və sürətli komandaya qarşı oynamaq asan olmadı
19:57 22.10.2025
Futbol
504
Ümumən çox yaxşı oyun alındı. Təbii ki, istərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Sona kimi mübarizə apardıq. Dinamik və sürətli komandaya qarşı oynamaq futbolçular üçün heç də asan olmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubuna 1:3 hesabı ilə məğlub olduqları III tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, rəqibin 90 dəqiqə ərzində təzyiq göstərdiyini bildirib: “Oyuna çox yaxşı başladıq. Yaxşı hücumlarımız oldu. Sadəcə, dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi”.
Mütəxəssis oyundan-oyuna məsuliyyətin daha da artdığını deyib: “Rəqiblər də xal qazanmaq üçün qalib gəlmək, növbəti mərhələyə adlamaq üçün şanslarını artırmaq istəyəcəklər. Hər şeyə hazır olmalıyıq. Qarşıdakı görüşlərdə daha intizamlı oynamalıyıq. Azarkeşlərimizə də bizləri tək qoymadıqlarına görə təşəkkür edirəm”.
Qeyd edək ki, hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq