La Liqa nəhənglərindən "Real Madrid"in yarımmüdafiəçisi Vinisius Junior klubla yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqları yenidən bərpa ediblər.
Madrid təmsilçisi 26 yaşlı braziliyalıya mövsümə görə təxminən 22 milyon avro maaş təklif edib.
Lakin Vinisius karyerasının ən yaxşı dövrünü yaşadığını hesab edir və illik qazancının təxminən 30 milyon avro olmasını istəyir. Bu səbəbdən tərəflər arasında danışıqlar hələ yekunlaşmayıb.
Qeyd edək ki, Vinisius Juniorun "Real Madrid"lə hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq. Son günlər Braziliya millisinin üzvünün İngiltərənin "Arsenal" klubuna transfer oluna biləcəyi barədə də iddialar yayılıb.