“Terimi "Fənərbaxça"ya gətirmək istəmişdim...” - Selim Soydan

Keçmiş milli futbolçu və "Fənərbaxça"nın sabiq rəhbərlərindən olan Selim Soydan mühüm açıqlamalar verib.

Sherg.az xəbər verir ki, onun Fatih Terimlə bağlı dedikləri xüsusi diqqət çəkib.

"HT Spor"da qatıldığı proqramda danışan Soydan liqa və derbi ilə bağlı fikirlərini bölüşüb.

“Çətin oyun olacaq, amma "Fənərbaxça" derbini qazana bilər” - deyə bildirib.

“Liqa yaxşı gedir. Məncə "Fənərbaxça" 2 xal geri qalmasına baxmayaraq bir addım öndədir. Bu mövsüm yaxşı oyunla Superkubokda 2:0 qalib gəlmişdi. Yenə oynayacaq və yenə qazana bilər. Amma çox çətin oyun olacaq.

“Qalatasaray"ın heyəti bizdən daha güclüdür. Sistemləri oturuşub, 3 ildir eyni futbolçular oynayır. Hansı oyuna çıxsa, oyunu rəqib meydanında qurur və rahat qol tapır. Heyət baxımından bizdən üstündür, amma bu, uduzmayacaqları demək deyil. Hər komanda məğlub ola bilər.”

“Fatih Terimi çox gətirmək istəmişdim. Dedim ki, bu komanda ardıcıl 4 il çempion olub, əgər bu heyəti dağıtsaq və onu yerindən oynatsaq, biz qazanarıq. Gedib Fatihlə danışdıq. "Nə istəyirsənsə yaz," dedim. "Sənin artıq burada edəcəyin bir şey yoxdur, burada düşmənlərin var," dedim. İnsan bir yerdə çox böyüyəndə çox düşmən qazanır. Amma gördüm ki, o, çox yaxşı "Qalatasaray"lıdır.”

“Ali Koçla çox məşğul oldular, həqiqətən də çox təzyiq etdilər. "Fənərbaxça" Ali Koçu çox axtaracaq, həmişə də axtaracaq. O, çox yaxşı "Fənərbaxçalı"dır. Mourinyonu gətirdi, kim deyərdi ki, belə saxtakar çıxacaq? Həqiqi saxtakardır. Belə şey olmaz. Hər futbolçudan komissiya alan bir adamdır.”

“Bu gün federasiya haqqında heç kim pis danışa bilməz. Uğurla fəaliyyət göstərir. Yaxşı işlər gördü, prinsipial mövqe sərgilədi. Düşünürəm ki, daha da uğurlu olacaq.”

“Fənərbaxça" elə federasiyalarla mübarizə apardı ki, inanılmazdır. Məsələn, Büyükekşi dövrü... Türkiyə tarixinin ən pis federasiyası idi. "Fənərbaxça" ilə mübarizə apardılar, klubun 3 ilini itirdilər. Bunu hamı bilir.”

“O vaxt prezidentimiz Aziz Yıldırım idi. Mən, Can Bartu, Alattin Metin oturmuşduq. "Fənərbaxça"–"Qalatasaray" 6:0 oyunundan bir gün sonra danışırdıq. Aziz Yıldırım soruşdu ki, "Komandanı necə gördünüz?" Mən belə dedim: "Başqan, bir xahişim var. Gəlin stadionun adını “6 Noyabr” qoyaq ki, hər il gəlib bunu xatırlasınlar.’”