"Turan Tovuz" xal itirdi, "Zirə" "Qarabağ"a qarşı - Yenilənir

Misli Premyer Liqasında 5-ci tur davam edir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb. 

Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun mərkəzi matçında isə "Qarabağ" "Zirə"nin qonağı olacaq.

13 sentyabr (bazar)

16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 2:2

Qollar: Emmanuel Hakman, 7 (1:0), İbrahima Vadji, 51 (1:1), Santos, 75 (1:2), Ağadadaş Salyanskiy, 86-pen. (2:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

VAR: Kamal Umudlu 

AVAR: Müslüm Əliyev

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov

VAR: Rəvan Həmzəzadə 

AVAR: Tərlan Talıbzadə

Zirə İdman Kompleksinin stadionu

11 sentyabr (cümə)

“İmişli” - “Neftçi” - 2:3

12 sentyabr (şənbə)

"Sumqayıt” - “Şamaxı” - 1:1

 “Kəpəz” - “Qəbələ” - 1:0

14 sentyabr (bazar ertəsi)

19:00. “Şəfa” - “Sabah”