Türkiyədə mərc oyunlarında iştirak edən 100-dən çox futbolçu cəzalandırılıb

Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirakı müəyyən edilən 102 futbolçunu cəzalandırıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Peşəkar Futbol İntizam Şurası “Qalatasaray”lı futbolçular Eren Elmalının 45 gün, Metehan Baltacının isə 9 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.

Eyni zamanda, “Konyaspor”un futbolçusu Ndao da 12 aylıq cəza alıb.