Vilfrid Zaha üçün sürpriz iddia: “Məni transfer edin”

“Qalatasaray”dan ayrılan Vilfrid Zaha özünə yeni klub axtarır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu özünü İspaniyanın “Malaqa” klubuna təklif edib. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvünün adı İsveçrənin “Young Boys” klubu ilə də hallanır. “Africafoot”un iddiasına görə, İsveçrə təmsilçisi Zahaya ikiillik müqavilə təklif edib.

Zaha ötən mövsüm “Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb.