UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Zirə" "Payde"ni (Estoniya) qəbul edib.
Teleqraf xəbər verir ki, matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Səfər matçında 0:1 hesabı ilə məğlub olan "qartallar" ümumi hesabda 1:2 məğlub olaraq Konfrans Liqası ilə vidalaşıb.
***
21:29
"Payde" "Zirə" ilə oyunda hesabı bərabərləşdirib.
Teleqraf xəbər verir ki, 71-ci dəqiqədə qonaqların qolunu Henri Anier vurub.
***
21:03
"Zirə" - "Payde" matçında ikinci hissə başladı.
***
20:47
"Zirə" - "Payde" matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, "qartallar" fasiləyə üstün yollanıblar - 1:0.
Paytaxt təmsilçisinin heyətində Eren Aydın fərqlənib.
***
20:04
"Zirə" - "Payde" matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, "qartallar"ın heyətində Eren Aydın 5-ci dəqiqədə fərqlənib.
***
20:00
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Zirə" "Payde"ni (Estoniya) qəbul edir.
Teleqraf xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən görüşə saat 20:00-da start verilib.
Görüşü Xorvatiyadan olan Patrik Kolariç idarə edir.
Qeyd edək ki, Estoniyada keçirilən matçda "qartallar" 0:1 hesabı ilə məğlub olub.