Bu il iyunun 1-nə Azərbaycandakı banklardan verilən ipoteka kreditlərinin həcmi 20,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz azdır. Bu barədə “ APA -Economics” Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı statistikaya istinadən xəbər verir.
Statistikaya əsasən, banklardan verilən ipoteka kreditlərinin həcmi aprel ayı ilə müqayisədə mayda 3,3 faiz azalıb, bu ilin əvvəli ilə müqayisədə isə 55,4 faiz artıb.