Vurğun Əyyubun həkimi DANIŞDI: "...Həyata qayıda bilər"

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti kritikdir".

Bu barədə "Sherg.az" V.Əyyubun həkimi, professor Adil Qeybulla məlumat verib. 

Həkim qeyd edib ki, V.Əyyubun həyata qayıtma şansı Allahın əlindədir: 

"Doğrudur, onun vəziyyəti olduqca ağırdır. Amma hər halda Allah istəyərsə, o, həyata qayıda bilər". 

A.Qeybulla sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "Sosial şəbəkələrdə Vurğun bəyin ölümü ilə bağlı yayılan xəbərlər tamamilə yalandır.  İstifadəçilər gərək, diqqətli olsunlar və belə dezinformasiya yaymasınlar".