Şəhidimiz dəfn olundu - FOTO - VİDEO

Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu doğulduğu kənddə dəfn olunub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhid əsgərimiz rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasiminə rayon icra hakimiyyətinin və Müdafiə Nazirliyinin nümayəndələri qatılıb.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb. 

Xatırladaq ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu gün əsgərimizin nəşi neytral ərazidən götürülüb.