Metro ilə Mübadilə Mərkəzi arasında örtüklü yol çəkiləcək

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlər üçün istifadəyə veriləcək.

Bu sözləri açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, haba daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcəklər.
"Metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün xüsusi plitələrin düzülməsi nəzərdə tutulub".