“Özümü o qədər də yaxşı hiss etmirəm”.
Bunu Sherg.az-a açıqlamasında səhhəti ilə bağlı danışarkən tanınmış şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odər deyib.
“İki gündən sonra İstanbula yola düşəcəm. Orada yenidən müəyyən yoxlamalar aparacaqlar. Ürəyimdə və beynimdə bəzi ağrılar var. Ürəyimi əməliyyat edə bilmirlər. Çünki beynimə görə, bu, hələ mümkün deyil. İstanbulda başımın yoxlamaları zamanı cavablar yaxşı çıxsa, ürəyimi əməliyyat edə bilərlər”.
Qeyd edək ki, şair uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.