Oktyabrın 1-dən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 200 manat məbləğində olacaq.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu ilin avqustun 14-də təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda öz əksini tapıb.
Qanuna əsasən, 2019-cu il 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.
Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək.