Vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin dəfn edildi - FOTOLAR

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.

Report-un məlumatına görə, dəfn mərasimində mərhumun yaxınları, millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak ediblər.

Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.