Azərbaycanda ən yüksək seçici fəallığı Xankəndi Seçki Dairəsindədir

Növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə məlum olub.

APA-nın xəbərinə görə, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 42,75% olub.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 54 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 12,8 % olub.