Nazir telefon açdı: Xəstə uşağın və babasının bütün ehtiyacları qarşılanacaq

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş İstanbulda xəstəliyi səbəbindən yeriməkdə çətinlik çəkən və babasının kürəyində çölə çıxan Yiğitə zəng edərək, bütün ehtiyaclarının qarşılanacağını bildirib.

Sherg.az xəbər verir ki, nazirlikdən yayılan məlumata görə; Osteoporoz səbəbiylə yeriyə bilməyən və babasının kürəyində çətin həyat yaşayan Yiğitlə nazir Göktaş telefonla zəng edib.

Nazirlik qruplarının hər həftə ailəni ziyarət edəcəyini bildirən Göktaş, Yiğitin tezliklə sağalmasını diləyib.

Prosesdə ailəni tək qoymayacaqlarını qeyd edən nazir  Yiğitin müalicəsini yaxından izləyəcəklərini bildirib. Sosial mediada paylaşılan videoları görəndə təsirləndiyini bildirən Göktaş, Yiğitin qayğısı ilə yaxından ilgilənən babasına təşəkkür edib.