Qənirə Paşayeva: “Nərminin doğulduğu kəndin deputatı mən deyiləm”

“Əziz Nərmin balamızın faciəsi ilə bağlı Dondar Quşçu kendinin yerləşdiyi dairənin millət vəkili bilərək müraciət edən, mənim  adımı yazan bütün dostlara demək istəyirəm ki, o, kənd düşən dairənin deputatı mən deyilem, Rafiq Məmmədhəsənovdur”. 

Sherg.az-ın məlumatına görə, bu sözləri 5-ci çağırış Milli Məclisin üzvü Qənirə Paşayeva deyib. O, bildirib ki, Nərminin amansızcasına qətlə yetirilməsi məsələsinə ilk gündən bir tovuzlu, bir qadın və bu dairəni təmsil etməsə də, bir millet vəkili olaraq reaksiya verib: 

“Əlimdən gələni etdim və etməyə də çalışıram. Nərminin qatili və ya qatilləri inşallah mütləq tapılacaq. Faciə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin ciddi nəzarətindədir. İlk gündən məselə ilə ciddi maraqlanıram. Ötən gün də burdaydım. Bu gün də buradayam. Hadisə baş verən gündən ailənin yanında olmağa çalışmışam. Ümumiyyətlə çoxsaylı müraciətləri nəzərə alaraq bildirmək istəyirəm ki, Tovuz rayonu Milli Məclisdə 3 dairədə təmsil olunur. 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi. Bu dairəyə Tovuz şəhəri tamamilə, Aşağı və Yuxarı Öysüzlü kəndləri, Aşağı Quşçu kəndi, Aşağı və Yuxarı Mülkülü kəndləri, Qazqulu, Hacallar daxildir. Bu dairəni millət vəkili kimi Ülviyyə Ağayeva temsil edib.

Digəri 104 saylı Tovuz-Gədəbəy seçki dairəsidir ki, Nərminin faciəsinin yaşandığı Dondar Quşçu kəndi, Alakol kəndi, Köhnəqala kəndi, Azaflı, Böyükqışlaq və Tovuzun bütün dağ kəndləri bu dairədədir. Bu dairəni də millət vəkili olaraq Rafiq Məmmədhəsənov təmsil edir.

Mənim deputatı olduğum 105 saylı Tovuz seçki dairəsinə isə Qovlar şəhəri və rayonun digər kəndləri daxildir. Fevralın 9-a kimi bu dairəni deputat kimi mən təmsil edirəm. Hazırda da növbədənkənar parlament seçkilərinə yenidən bu dairədən namizədliyimi irəli sürmüşəm”.