Bakı-Moskva hava reyslərinin cədvəlində dəyişiklik yoxdur.
Bu barədə Oxu.Az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
O bildirib ki, Bakı-Moskva istiqamətində bütün reyslər cədvəl üzrə hərəkət edir.
Xatırladaq ki, Rusiya mətbuatının yaydığı məlumata görə, hava şəraiti ilə əlaqədar paytaxtda yerləşən hava limanlarında 20-yə yaxın reys təxirə salınıb. Belə ki, “Vnukovo” hava limanında iki reys, “Domodedovo”da altı reys təxiə düşüb. “Şeremetyevo” hava limanından dörd təyyarə, “Domodedovo”dan isə beş təyyarə hava limanından qalxa bilməyib.