Prezidentdən məmurlara dərs və xəbərdarlığın sirri nədir? - İzah


"Bu ölkənin bir xeyli ciddi probemi var, amma  ən yaxşısı da odur  ki, bunları məhz prezident ifadə edir".

"Sherg.az" xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. Qurum sözçüsü qeyd edib ki,uzun müddətdir, məmurlarla bağlı ölkə rəhbərinin sərt ritorikası davam edir:



"Səbəbi  də odur ki, ölkədə atılan hansısa ciddi və uğurlu addımın nəinki təbliğatı aparılır, qısa müddət sonra o, antitəbliğata çevirilərək, təşkilatlanaraq, vakuum effekti doğuraraq, sosial medianın da təsiri ilə  bir mənzərə yaradır. Dəfələrlə olub  ki, yarıtmaz məmur fəaliyyətinin nəticəsini məhz Prezident aradan qaldırmalı olub.
Ona görə, 2019-cu ilin əvvəllərindən başlayan yeni məmur axtarışı ilboyu sürdü, indi günümüzdə  də DTX-nın fəaliyyətini görə bilərik.
Məmur ordusu çox çevik olmalı  və ədalət hissini qalxana çevirib işləməlidir.
Dünən Tovuzda Prezident “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə, onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.
Prezident bildirib: "Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən".
Əksəriyyətimiz niyəsə zahiri nəticə çıxarır, adi stul dəyişmə ilə assosiasiya edir, amma bədən dili isə deyir  ki,  ölkə rəhbərinin məmurlarla bağlı ciddi və planlı bir addımı var: yaxın günlərdə yuxarı dövlət eşalonunda kütləvi məmur cəzalandırılmalarının şahidi olacağıq.
Millət hər kəsin əfəndisidir".