Bütün dünyada xəstəliklərin reyestri genişlənməkdədir. Vərəm özünün yeni rezistent forması ilə yenidən baş qaldırıb. Bu forma deyilənə görə, Rusiya həbsxanalarından başlanğıc götürmüşdür.
"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış tibb eksperti, professor Adil Qeybulla Nazirlər kabineti yanında Operativ Qərargaha ünvanladığı məktubda qeyd edib.
O bildirib ki, məhbusların dərmanları yarımçıq və rejimsiz qəbul etməsi ona həssaslığı azaltmış və yeni rezistent formanın təkamül etməsinə başlanğıc vermişdir:
“Taun (plague), vəba (cholera), təbii çiçək (smallpox) və sarı qızdırma (yellow fever) kimi xüsusi təhlükəli infeksiyların epidemiya və pandemiyası istənilən an bəşəriyyəti böyük faciələrlə üz-üzə qoya bilər. Düzdür, təbii çiçək vaksinasiya nəticəsində artıq ÜST reyestrindən çıxarılsa da, yəqin ki, müəyyən laboratoriyalarda “bəslənilir”. 1980-ci illərdə vüsət alan QİÇS hələ də sağalmaz bir xəstəlik olaraq qalır. BMT-nin 2018-ci il hesabatına görə, 38 milyon insan HIV daşıyıcısıdır, hər il 5 milyon insan bu virusa tutulur və indiyə kimi 32 milyon insan QİÇS-dən ölmüşdür. Bu da artıq pandemiya hesab edilməlidir.
Qrip epidemiyaları da qədim dövrdən məlum olan təhlükəli virus infeksiyasıdır. Hippokrat hələ 2500 il əvvəl qripi "yoluxucu öskürək epidemiyası” kimi təsvir edirdi. Tarixdə qripin müxtəlif epidemiyaları (Rus qripi, Asiya qripi, İspan qripi, Donuz qripi, Quş qripi və s.) mövcud olub. Təkcə 1918-1920-c illərdə baş verən İspan qripi təqribən 18 ay ərzində 100 milyona qədər insanın (dünya əhalisinin 5%-i) ölümünə səbəb olub”.
Ekspert müraciətində qeyd edib ki, artıq xeyli müddətdir hər il biz hava-damcı yolu ilə yayılan, mövsümi soyuqdəymənin əsas baiskarı olan koronavirusun yeni, təkamül keçmiş, təhlükəli COVID-19 ştamı bəşəriyyəti silkələyir:
“Yoluxanlar və ölənlər sürətlə artmaqdadır. Dünya hər il yeni-yeni sürprizlərlə üz-üzə dayana bilər. Dünya iqtisadiyyatı da epidemiyalar ucbatından böyük itkilər verir. Nə etməli?
Epidemiya ilə mübarizədə daha effektiv, daha ucuz və daha əlçatan üsullar işlənib hazırlanmalıdır. Çünki bahalı tibbi vasitələr bütün dünya əhalisi üçün bir tərəfdən əlçatan deyil, digər tərəfdən yetərli deyil. Belə ki, qrip və digər respirator infeksiya törədən viruslar replikasiya edərək hər il yeni bir ştamla (serovarla) peyda olur. Ona görə də virus infeksiyaları ilə mübarizədə vaksinasiya effektsizdir. Məsələn, gələn il koronavirus yeni, daha “yumşaq” xarakterli ştamla peyda ola bilər.
Məsələn, artıq ÜST hava-damcı və kontakt yolu ilə keçən infeksiyalara qarşı preventiv tədvirlər çərçivəsində “əllərin isti su altında sabunla yuyulması”nı dünya əhalisinə effektiv üsul kimi qəbul və tövsiyə edir.
Düşünürəm ki, ÜST hava-damçı yolu ilə yayılan infeksiyalarla mübarizədə Qlobal proqram hazırlamalıdır.
Sadə üsullardan biri də immunokorreksiya terapiyadır. Bu məqsədlə müxtəlif immunomodulyasiya edən dərmanlar (klassik sxemdə üçkomponentli hüceyrə immune cavab və TLR/NOD-asılı immune cavab hipotezi) istifadə edilə bilər.
Bu preparatlara aiddir:
1. Bakteriyaların lizatları (Broncho-munal®, Imudon®, Ribomunyl®, IRS® 19, OM-85 (Broncho-Vaxom®);
2. Mikrob mənşəli makromolekulyar brləşmələr (Glucoseminylmuramildipeptidum, Pyrogenalum, Prodigiosanum, Sodium nucleinate);
3. Bitki mənşəli maddələr (Echinácea purpúrea);
4. Sintetik immunomodulyatorlar (Pidotimodum or Imunorix®).
Bu maddələr insanın immun sistemini dolayısı yolla stimulyasiya edir, bədənin təbii müdafiə imkanlarını artırır. Onların tətbiqi təhlükəsizdir və respirator virus infeksiyalarından qoruyar və ya onların ağırlıq dərəcəsini xeyli azaldar.
Nə qədər ki, COVID-19 ştamının istiliyə dözümü azdır, bu preparatlardan Pyrogenalum daha uğurla istifadə edilə bilər. Pirogenal qəbulundan sonra bədəndə 3 saatdan 8 saata qədər davam edən hipertermiya (37.5°C) yaranır ki, bu da hüceyrə daxilində gizlənən mikroorqanizmlərin və virus hissəciklərinin (xlamidiya, mikoplazma, ureoplazma, respirator viruslar və o cümlədən COVID-19 ştamı) məhvinə və ya inaktivliyinə gətirib cıxaracaqdır. “Pirogenal Salmonella typhi” və ya “Pseudomonas aeruginosa” mikroorqanizmlərindən alınan lipopolisaxarid olub təhlükəsiz və çox effektiv immunomodulyatordır. Ona görə də “Pirogenal”ın həm sağlam, həm karantində olan, həm də yoluxmuş şəxslərə tətbiqinin müsbət nəticə verəcəyi tam şübhəsizdir.
Preparat şam (suppozitoriy) və ampul şəklində buraxılır. Əhali üçün praktiki olanı şamdır. İlk doza 50 mkg olmalıdır. Sonra günaşırı doza hər dəfə 50 mkg artırmaqla 200 mkg-a çatdırılır.
Azərbaycanda biz bu sadə, əlçatan və effektiv üsulu tətbiq etsək, həm əhalimizi xilas etmiş olarıq, həm də bu COVID-19-la mübarizədə bütün dünyaya bir töhfə olar”.
Qeyd edək ki, A.Qeybulla bu təkliflərini ÜST-ə də göndərdiyini bildirib.