Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Bakı sakini Abdulla Hüseynov məktubunda qeyd edib:
“Hörmətli cənab Prezident, Sizin “COVID-19” pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub.
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyinə görə "MİLAN-A" MMC-nin kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.