MİT-dən Suriya əməliyyatı: Ana və 4 uşağı qurtarıldı


 Son dəqiqə gələn xəbərə görə, PKK terror təşkilatı tərəfindən Suriyanın şimalındakı Hol düşərgəsində zorla saxlanan Moldova vətəndaşı Nataliya Barkal və 4 uşağı MİT-in əməliyyatı ilə qurtarılıb. Suriyalı həyat yoldaşının itkin düşdüyü, bu səbəblə terror təşkilatı düşərgəsində Nataliya Barkalın uşaqlarıyla zorla saxlandığı bildirilir.



Sherg.az-ın türk mediasına istinadən verdiyi məlumatlara görə, 2013-cü ildə Suriyalı həyat yoldaşı və uşaqları ilə ticarət etmək üçün Suriyaya gedən Moldova vətəndaşı Nataliya Barkal PKK terror təşkilatı  tərəfindən zorla Hol düşərgəsinə aparılıb.

MOLDOVA HÖKUMƏTİ TÜRKİYƏ-dən KÖMƏK İSTƏDİ

Moldova hökumətinin Türkiyədən yardım  istəməsindən sonra MİT dövrəyə girib. Barkal və uşaqlarının vəziyyəti ilə əlaqədar bölgədə işə başlayan MİT, yerli kəşfiyyat şəbəkəsini dövrəyə daxil edib. Barkal və 4 uşağının Münbiçdə 23 gün həbsxanada saxlandığı, sonra terror təşkilatı PKK tərəfindən Hol düşərgəsinə aparıldığı məlum olub.

ƏVVƏL YERİ TƏYİN OLUNDU, SONRA HƏRƏKƏTƏ KEÇİLDİ

MİT, texniki və kəşfiyyatı işlərlə Barkal və 4 uşağının  yerini tam təsbit etdikdən sonra, qurtarma əməliyyatı üçün düyməni basıb. MİT əlaqə yaratdığı Nataliya Barkalın düşərgədən necə qaçacağı ilə bağlı məlumatlandırıb. 6 iyun 2020-ci ildə düzənlənən əməliyyatla Nataliya Barkal və 4 uşağı Hol düşərgəsindən qaçırılaraq əvvəl Barış Pınarı Hərəkat bölgəsinə, sonra da Tel- Abyadda etibarlı bir yerə gətirilib.



TERROR TƏŞKİLATININ TƏZYİQİ ALTINDA QALDIM

Barkalın ən böyüyü 10, ən kiçiyinin 1 yaşında olan  4 uşağı uzun zamandır terror təşkilatı PKK –nın təzyiqi altında çətin şərtlərdə yaşadığı öyrənilib. Nataliya Barkal ailəsinə qovuşacağı üçün səbirsizləndiyini, Türkiyənin çox böyük bir ölkə olduğu və minətdarlıq etdiyini bildirib.

Turan