Ermənistanda son sutkada COVID-19-dan 11 nəfər öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 461 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Ermənistanda indiyədək virusa yoluxanların ümumi sayı 34 462 nəfərə çatıb.
Xəstəlikdən ölənlərin sayı 631 nəfərdir.

COVID-19-a yoluxan 23 123 nəfər sağalıb.