Ali Baş Komanda: “İnanırıq ki, Sizin komandanlığınızla düşmənə layiqli cavab veriləcək”

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Abşeron rayonundan Könül Əliyeva Ali Baş Komanda məktubunda bildirir:
“Hörmətli cənab Prezident, son günlər cəbhə bölgəsində ermənilərin törətdikləri təxribatlar həm də dünyaya onu bir daha sübut etdi ki, ölkəmiz güclüdür və güclü orduya malikdir. Milli Ordumuzla qürur duyuruq. Vətənimizi qorumağa, torpaqlarımız uğrunda şəhid olmağa hazırıq. Bu günlərdə xalqımızın bütün diqqəti cəbhə bölgəsindədir. Bu gün düşmənin qarşısında güclü ordumuz qəhrəmancasına dayanıb. Biz inanırıq ki, Sizin komandanlığınızla düşmənə layiqli cavab veriləcək. Vətənin müdafiəsi naminə gördüyünüz işlərdə daim Sizin yanınızdayıq. Xalqımız Sizə inanır və güvənir. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Sizinlə fəxr edirəm”.