Dövlət rəhbərinə yazırlar: “Siz xalqın dayağı, onun xoşbəxt gələcəyinin qarantısınız”

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Quba rayonundan Nəzakət Qasımova və Rəna Quşkari dövlət rəhbərinə yazırlar: 

“Hörmətli cənab Ali Baş Komandan, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu. Lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Azərbaycan xalqı dövlət, xalq və Vətən naminə yenidən ayağa qalxdı. Cənab Prezidentimiz, xalqımız Sizə daim inanır, güvənir. Bizim ərazi bütövlüyümüzü hər zaman qoruya bilən güclü ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin qarantısınız. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin!”.