Qazaxıstanda son sutkada 1636 nəfərdə koronavirus aşkarlanıb


Qazaxıstan Respublikasında ötən sutka ərzində 1636 nəfərdə koronavirus aşkarlanıb.

APA bildirir ki, bu barədə “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, bununla da ölkədə koronavirusa yoluxma halı 70 339-a çatıb.

Onlardan 42 mini sağalıb, 464 nəfər ölüb.