"Var olsun Türk yurdu!” - Türkiyənin Qaziantep şəhərindən Prezidentə dəstək gəldi

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.  Sherg.az Prezident saytına istinadla həmin məktubların daha birini təqdim edir.

Türkiyənin Qaziantep şəhərindən də Ahmet Şenel də Azərbaycan Prezidentinə məktub ünvanlayıb:

“Hörmətli cənab Prezident, Sizi Türkiyədən salamlayır və hər zaman dəyərli Azərbaycanımızın yanında olduğumu bildirirəm. Ermənistanın Azərbaycana qarşı heç bir hüquqi normalara sığmayan, şərəfsiz təxribatına qarşı mübarizənizi dəstəkləyir, canla-başla bu mübarizəyə qoşulmaq istədiyimi bildirirəm. Azərbaycanlı qardaşlarımın şəhadət zirvəsinə çatmasını yüksəliş adlandırıram. Var olsun Türk yurdu!”.