Lerikdən Prezidentə: "Əli silah tuta bilən bütün ölkə vətəndaşları Sizin əmrinizi gözləyir" 

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sherg.az Prezident saytına istinadla Lerik rayonundan Etibar Məmmədzadənin məktubunu təqdim edir.

“Cənab Ali Baş Komandan, son günlər erməni xisləti və erməni xəyanəti özünü daha qabarıq şəkildə göstərməyə başlamışdır. Ermənistan hərbi birləşmələrinin təmas xəttində müntəzəm olaraq atəşkəsi pozması, iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində təxribatçı hərəkətləri və bu hərəkətlər nəticəsində ordumuzun şəhid verməsi hər birimizdə təəssüf hissi yaratmışdır. Lakin Sizin qətiyyətiniz sayəsində düşmən təxribatının qarşısının alınması və onun həmişəki kimi ağır itkilər verərək məğlubiyyətə məruz qalması ölkəmizin etibarlı müdafiəsinin təmin olunmasının göstəricisi olmaqla yanaşı, həm də tezliklə işğal altında olan torpaqlarımızın geri qaytarılacağına parlaq nümunədir. Cənab Prezident, Sizin Nazirlər Kabinetinin iclasında çıxışınızdan sonra əli silah tutan ölkə vətəndaşlarının könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək düşmənə qarşı döyüşlərdə iştirak etmək arzusunda olduqlarını bildirməsi qürurvericidir və hər birimizi fərəhləndirir. Bu gün əli silah tuta bilən bütün ölkə vətəndaşları Sizin əmrinizi gözləyir. Verilən ilk döyüş əmrində bütün ölkə gəncləri cəbhəyə getməyə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün müqəddəs döyüş əməliyyatlarında iştirak etməyə hazırdır. Allah Sizi və ölkəmizi qorusun! Amin!”.