Gürcüstan həbsxanalarında 9 min 300 məhbus var


Gürcüstan həbsxanalarında 9 min 300 məhbus var. Cari ilin may ayına olan statistikaya görə, məhbusların 341-i qadın, qalanları isə kişilərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Cəzaçəkmə müəssisələrində olan məhbusların əksəriyyəti 26-49 yaş arasındadır.

Məhbuslar arasında 2 azyaşlı qız və 45 gənc oğlan var.

Cəzaçəkmə müəssisələrində saxlanılanların 7 min 300-ü artıq məhkəmənin qərarı ilə məhkum olunub. Qalanları isə hələlik mühakimə olunmayıb.

Məhbusların 176 nəfəri xüsusi rejimli müəssisələrdə cəza çəkir.

Məlumata görə, hazırda Gürcüstanda 569 xarici ölkə vətəndaşı cəza çəkir. Onlardan 409-u məhkəmənin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, 160-ı isə məhkəmənin qərarını gözləyir.