"Aldığımız son nəfəsə qədər Sizin yanınızdayıq" - Gənclər Ali Baş Komandanı əmin edirlər

Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin müxtəlif şəhər və rayonlarından minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sherg.az Prezident saytına istinadla Sumqayıt şəhərinin sakini Şirin Şirəliyevin məktubunu təqdim edir.

Şirin Şirəliyev yazır: “Hörmətli cənab Prezident, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınması zamanı ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi, bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur. Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Aldığımız son nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişinizlə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm”.