"Azərbaycanın problemi Gürcüstanın problemdir" - Professor Quram Marxuliya

"Gürcüstanın qonşuluğunda baş verən toqquşmalara biganə qalması qeyri-mümkündür".

24News.ge xəbər verir ki, bu sözləri müsahibəsində tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya deyib.

“Bütün Gürcüstan xalqı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti ürək ağrısı ilə izləyir. Azərbaycanın problemi Gürcüstanın problemdir, çünki iki ölkə və xalq bir-biri ilə çox sıx bağlıdır. Gürcüstanın müstəqilliyi Azərbaycanın qüdrətindən asılıdır. Gürcüstan-Azərbaycan dostluğu və birliyi çox möhkəmdir”.

Tarixçinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı son hücumları növbəti təxribatdır:

“Ermənistan Azərbaycana hücumla bağlı qərarı müstəqil qəbul etmək iqtidarında deyil. Qərar Moskvadan diktə edilib”, - deyə o bildirib.