ATƏT sədri Bakıya gəlir: Kimlərlə görüşəcək?

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde martın 15-i Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, A.Linde səfər çərçivəsində ikinci Qarabağ müharibəsinə dair məsələləri, həmçinin ATƏT-lə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək.

Qeyd edilir ki, Ann Linde həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.