Bu gün “Zoom” platformasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və ayrı-ayrı KİV rəhbərlərinin görüşü baş tutub.
"Sherg.az"ın məlumatına görə, “Siyasi dialoqun Azərbayca modeli” mövzusunda keçirilən iclasda bir sıra mühüm məqamlara toxunulub. H.Hacıyev, həmçinin medianın inkişafı istiqamətində zəruri yeniliklərdən danışıb:
“Media reyestrinin formalaşması prosesi öz işini görür. Bu barədə yeni media qanunverciliyində də nəzərdə tutulub.
Vahid jurnalist vəsiqələrinin hazırlanması, hətta vahid jurnalist kartları ilə güzəşt və imtiyazların verilməsi bu prosesin tərkib hissəsi olaraq həyata keçirilir.
Həmçinin ölkəmizdə reklam bazarının liberallaşdırılması istiqamətində səylər göstərilir. Çünki sərbəst reklam bazarı olmadan mediamızın sərbəst fəaliyyətini görə bilmərik”.