“Çıxışıma Ümumilli lider Heydər Əliyevin “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik” sözləri ilə başlamaq istəyirəm”.
"Sherg.az"ın xəbərinə görə, Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.
“Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda “Zoom” platformasında media kapitanları ilə keçirilən görüşdə Ə.Vəliyev diqqətə çatdırıb ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olunub:
“Özünü “siyasi şura” adlandıran antimilli şuranı istisna etsək, bütün partiyalar dialoqa meyillidir. Onlar bizim təşəbbüsümüzü dəstəkləyirlər”.