"Bayden bu addımı ilə Ermənistana qarşı soyqırımı törətdi" - TƏHLİL

ABŞ Prezidenti Co Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb.
Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.
Əlbəttə, C.Bayenin bu ədalətsiz  və tarixi saxtalaşdırmağa yönəlik bu açıqlamasına qardaş Türkiyənin tutarlı cavabı gecikməyib. 
 Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində yazıb ki, sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik:
“Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”, deyə M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib".

Mövzu barədə "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Baydenin "soyqırım" ifadəsini işlətməsi ABŞ-Türkiyə münasibətlərinin qırmızı xətti idi:

"İndiyə qədər keçilən bir yol var idi. Bu Türkiyənin Qərbə inteqrasiyası, NATO sistemindəki yeri və rolu ilə əlaqədardır. Artıq bundan sonra Türkiyənin Avroatlantik məkanla bağlantısı qalmır. Faktiki olaraq Baydenin "soyqırımı" ifadəsi işlətməsi ABŞ-ın siyasi üfüqlərində Türkiyənin birdəfəlik itirilməsi deməkdir. Bu baxımdan bir az qəribə olsa da, Rusiyanı təbrik etmək lazımdır. Artıq Türkiyə müttəfiqini rəsmi şəkildə dəyişdirəcək.
Baydenin "soyqırımı" ifadə işlətməsi ilə Avropadakı ermənisevər dövlətlər və ABŞ hazırda Paşinyanın iqtidarında olduğu bir ölkəyə hansısa formada dəstək dura biləcəklər? Axı bu ölkənin sərhəddəki qonşuları Azərbaycan və Türkiyədir. Əslində, ABŞ prezidenti bu qərarla 1915-ci il olaylarını faktiki soyqırımına gətirib çıxardır".

Ə.Əlibəylinin qənaətincə, Türkiyə ilə Azərbaycan bir silah atmadan elə  şərait yaradacaqlar ki, Ermənistanda demoqrafik soyqırım yaşanacaq və daha çox artacaq:

"Beləliklə, ölkədə erməni tapılması mümkün olmayacaq. Digər bir məsələ yəhudilərlə bağlıdır. İsraillə-Türkiyə arasındakı münasibətlərin pis və yaxşı olması önəmli deyil. Ən vacib məsələ ondan ibarətdir ki, Türkiyə ilə İsrail arasında Azərbaycan amili var. Dünya yəhudi lobbisi ilə Azərbaycanın münasibətləri, o cümlədən Türkiyə ilə münasibətlər yüksək səviyyədədir.

Bu baxımdan ABŞ-dakı yəhudi lobbisi baş verənlərə kəskin reaksiya verəcək. Bayden erməni lobbisinin köməyi ilə hakimiyyətə gəlmək üçün həlledici bir dəstək əldə etmişdisə, onun seçilməsində əsas rolu yəhudi lobbisi oynamışdı. İndi isə həmin dəstək də kəsiləcək və demək olar ki, respublikaçıların növbəti seçkilərdə şansının artmasına gətirib çıxaracaq. Türkiyə ilə Rusiyanın gücünü birləşdib dünyaya hökm eləmək kimi Duqinin bir yanaşması var. Praktiki olaraq Duqinin avrasiyaçılıq nəzəriyyəsinin türklərin ifadəsi ilə desək, "tıkır-tıkır" işlədiyinin şahidi olacağıq.

Hesab edirəm ki, yeni dünya nizamının formalaşması dönəmində mərkəzlər qruplaşdırılır. Belə bir anda Amerikanın Türkiyəni itirməysi gözə almasının başa düşülən izahı yoxdur".