Ərdoğan TŞ-nin iclasını keçirir: “Ankaranın qərarları lehimizədir”

 Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası davam edir. Toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətidir. İclasdan sonra hansı qərarların veriləcəyi çoxlarını düşündürür.

 Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bu barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

“Şübhəsiz ki, Türkiyə həmişə yanımızdadır. Ankaranın verdiyi qərarlar lehimizədir. Bu dəfə də elə olacağını düşünürəm. Amma konkret hansı dəyişikliklərin olacağını yalnız keçiriləcək mətbuat konfransından sonra demək olar”.