Bütün zamanların rekordu oldu: “İldə 200 min saat üzmə qabiliyyətinə malikdir”

Türkiyə milli müdafiə naziri Hulusi Akar türk dəniz qüvvələrinin il ərzində 200 min saat fasiləsiz gəzinti-müşahidə aparmaqla bütün zamanların rekorduna imza atdığını deyib. H.Akar “Dəniz qurdu 2021” hərbi təlimlərinin başa çatmasıyla əlaqədar Güney Görəv Qrup Komandanlığını  ziyarət edib, dəyərləndrmə toplantısında iştirak edib.

Toplantının ardından Türk Yüksək Hazırlıq Səviyyəli Dəniz Görəv Qüvvələri Komandanlığında Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə şam süfrəsinə əyləşib. H.Akar buradakı açıqlamalarında ölkənin və bölgənin hazırda risk, təhdid və  təhlükələrin artdığı bir dönəmdən keçdiyini, TSQ-nin quruda, havada və dənizdə böyük qəhrəmanlıq göstərərək vəzilərini ən üstün bir şəkildə yerinə yetirdiyini söyləyib. H.Akar “Türk Sulahlı Qüvvələri vəzifəsini “ölsəm şəhid, sağ qalsam qazi olacam” anlayışı içində icra edir”, deyərək dəniz qüvvələrinin ildə 200 min saat seyr həyata keçirdiyini “bütün zamanların rekordu” adlandırıb. H.Akar “başda PKK/YPG olmaqla, FETO və bütün terror qruplaşmalarının hər cür təhdid və təhülkəsinə  qarşı mücadilə etmək məcburiyyətmiz var. Bu mücadiləmiz, inşəllah, uğurla sonlanacaq və ən sonuncu terrorist də zərərsizləşdiriləcək. 2015-ci il 25 iyuldan bu günədək terrorçuların “girilə bilməz” dedikləri hər yerə daxil olduq. Və bu günədək 18 min 140 terrorçunu zərərsizləşdirdik. Bu ilin əvvəlindənsə 1212 terrorçu zərrəsizləşdirilib.  Mehmetcik terrorçuların yuvalarını başlarına yıxdı və yaxmaqda davam edir”. 
Məlahət