Bu gün onların günüdür: Yaşasın Azərbaycan polisi!

Bu gün Azərbaycan polislərinin peşə bayramıdır. 1992-ci ildən etibarən qeyd olunan gündə polislərimiz yenə də iş başındadırlar: Cinayətkarlığa qarşı mübarizə aparır, təhlükəsizliyimizi təmin edirlər.  Onlar üçün nə istirahət var, nə də bayram. Çünki cəmiyyət hər an hərəkətdədir. Və hərəkət olan yerdə polisə ehtiyac danılmazdır.

Keçmiş polis rəisi Mahmud Hacıyev həmkarlarının cəmiyyət həyatındakı rolu barədə “Sherg.az”a danışdı:

“Polislər xidmət, istintaq və əməliyyat olmaqla üç sahədə fəaliyyət göstərirlər. Onlar ictimai asayişi təmin edirlər. Polislər olmasa, cinayətkarlıq halları artar. Odur ki, polislərimizi təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayıram”.