Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sabirabadda 52 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Əsgərov Habil Amil oğlu evdə gərginlik altında olan elektrik naqilləri ilə ehtiyatsız davrandığından onu elektrik cərəyanı vurub. Yaxınlarının yardımına baxmayaraq, 52 yaşlı kişi həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.