"Proses davam etsə, Paşinyan üçün fəlakət olacaq"
"Ermənistan hazırda qorxu içindədir"
"Əlbəttə, aqibəti bəlli olan savaşa girmələri düşmən üçün arzuolunan deyil”
“Ermənistanda hazırda idarəçiliyə nəzarət itib. Kimsə kimsəyə cavabdeh deyil”.
Bu sözləri son günlər Azərbaycan- Ermənistan sərhəddindəki hadisələrdə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O, həmçinin proseslərin gələcək inkişafı barədə proqnozlarını bölüşdü:
“Dünəndən bəri baş verənlər lokal toqquşmalardır və genişmiqyaslı müharibə carçısı deyil. Məsələ ondan ibarətdir ki, hələ sərhədlər tam müəyyənləşməyib, postlar müfəssəl qurulmayıb. Deməli, Azərbaycan əsgəri kimi erməni hərbçisi də açıq hədəfdir. Bu baxımdan erməni hərbçisinin məqsədli şəkildə təxribat törətməsi inandırıcı deyil. Baş verənlər bölgəyə daxil olmaq istəyənlərin istəyidir. Həmin istək davam etsə, Paşinyan üçün fəlakət olacaq. Ermənistan hazırda qorxu içindədir. Əlbəttə, aqibəti bəlli olan savaşa girmələri düşmən üçün arzuolunan deyil”.