Türkiyənin İzmir bölgəsində meşə yanğını başlayıb

Türkiyənin İzmir şəhərində meşələrdə yanğın başlayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Foça ilçəsindəki şam meşələrində yanğına müdaxilə edilib.

Yanğının söndürülməsi məqsədilə 2 təyyarə və 2 helikopterin də iştirakı ilə tədbirlərə start verilib. Hazırda yanğının nəzarətə alınması üçün işlər davam etdirilir.