Ərdoğan Anım Günü ilə əlaqədar paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr Anım Günü ilə əlaqədar tviter hesabında paylaşım edib.
"Report"un məlumatına görə, paylaşımda deyilir:
"Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şanlı mübarizənin ildönümündə bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır”.