“Ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək”


“İşğaldan azad edilən ərazilərdə olan və ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir:

“Məşhur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilmişdir. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan sonra qeyd olunan meşələrin bərpasına başlanacaq”.