Qaxda daha bir nəfər göbələkdən zəhərləndi


Qaxda 30 yaşlı kişi qidadan zəhərlənib.

Oxu.Az xəbər verir ki, həmin şəxs rayonun Əmircan kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədovdur.

İlkin məlumata görə, o, göbələkdən zəhərlənib. 

Xəstəxanada ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl Qax rayonunun Ləkit kəndində də iki ailə göbələkdən zəhərlənmişdi.