ABŞ Türkiyəyə “F-16”ı satacaq?


Türkiyə hərbçilərindən ibarət heyət ABŞ-da “F-16” qırıcılarının tədarükü üçün danışıqlar aparır.

Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Düşünürük ki, ABŞ rəhbərliyi bu məsələni müsbət qiymətləndirəcək. Əgər reaksiya mənfi olarsa, o zaman Türkiyə içində olduğumuz təhdid atmosferində öz təhlükəsizliyini təmin etmək üçün başqa alternativləri nəzərdən keçirməyə məcbur olacaq”, - deyə H.Akar parlamentdəki toplantıda bildirib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, amerikalı həmkarı Co Bayden ona ABŞ Senatını “F-16” qırıcılarını Türkiyəyə satmağa inandırmaq üçün mümkün olan bütün imkanlarından istifadə edəcəyinə söz verib.

Mənbə: Haber7