İlon Mask növbəti dəfə “Tesla”nın səhmlərini satıb


“Tesla” və “SpaceX”in qurucusu İlon Mask öz avtomobil şirkətinin daha 934 091 səhmini satıb.

Məşhur iş adamı bu satışdan 930 milyon dollar vəsait qazanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl dünyanın ən zəngin adamlarından olan İlon Mask şəxsi “Twitter” hesabında maraqlı sorğu keçirib.

İ. Mask 63 milyon izləyicisinə “Tesla səhmlərimin 10 faizini satmağı təklif edirəm, bunu dəstəkləyirsinizmi?”, - sualını ünvanlayıb.

Sorğuda 3,5 milyondan çox “Twitter” istifadəçisi iştirak edib. İştirakçıların 57,9 faizi İ. Maskın səhmlərini satışını dəstəklədiyini bildirmişdi.

Mənbə: Reuters